"Bizə gülürlər" - Britaniyalı general məyus olub

General deyir ki, büdcənin daim azaldılması səbəbindəın Britaiya ordusu NATO blokunun etibarlı tərəfdaşı olmaqdan çıxıb.
Sputnik

BAKI, 14 mart - Sputnik. Keçmiş Baş Qərargah rəisi lord Riçard Dannet Böyük Britaniya Silahlı Qüvvələrini tənqid edib. 

NATO rəhbəri Türkiyənin vacib müttəfiq olduğunu dönə-dönə təkrarladı

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Mirror yazır.

Dennetin fikrincə, silahlı qüvvələrin bərbad durumuna səbəb beşinci nəsil F-35B qırıcı təyyarələrinin həddən artıq baha olmağıdır. General deyir ki, istehsal və xidmət xərclərinin belə bahalığı Britaniyanın Müdafiə Nazirliyini müflis edə bilər. 

O deyir ki, büdcənin daim azaldılması səbəbindəın Britaiya ordusu NATO blokunun etibarlı tərəfdaşı olmaqdan çıxıb.

"Ruslar bizə gülürlər, amerikalılar isə başlarını bulayırlar", - general deyir. 

Bu yaxınlarda məlumat yayılıb ki, elə bahalıq səbəbindən ABŞ dördüncü nəsil qırıcıları xidmətə qaytarıb.