CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda COVID-19-a yoluxma ləngər vurur: bu günün rəqəmləri

Azərbaycanda indiyədək ümumilikdə 240295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230 960 nəfər müalicə olunaraq sağalıb, 3282 nəfər vəfat edib
Sputnik

BAKI, 14 mart - Sputnik. Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 603 (martın 13-də 733) yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 (martın 13-də 8) nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 240295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230 960 nəfər müalicə olunaraq sağalıb, 3282 nəfər vəfat edib, aktiv xəstə sayı 6 053 nəfərdir. Son sutka ərzində 8945, hazırkı dövrədək isə 2710126 test aparılıb.