RUSİYA

CAS ruslara "yox" dedi: "Katyuşa" olmaz

Dopinq qalmaqalına görə cəza qismində Rusiya idmançılarına yaxın iki il ərzində milli simvolikadan, o cümlədən bayraq və himndən istifadə yasaqlanıb 
Sputnik

BAKI, 13 mart - Sputnik. İdman Arbitraj Məhkəməsi (CAS) Rusiyanın Olimpiya Komitəsinin (ROK) Olimpiya Oyunları zamanı "Katyuşa" mahnısından istifadə etmək barədə ərizəsini rədd edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Insidethegames portalı yazır.

"CAS komissiyası hesab edir ki, məhkəmənin qərarı Rusiya ilə bağlı istənilən kompozisiyaya, o cümlədən "Katyuşa"ya aid edilir", - mənbə deyib. 

2020-ci il dekabrın 17-də CAS Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə Rusiya Antidopinq Agentliyi (RUSADA) arasındakı mübahisəni sonlandırıb. Qərara görə, RUSADA dopinq fırıldaqlarında günahkar elan edilib. Cəza qismində isə Rusiya idmançılarına yaxın iki il ərzində milli simvolikadan, o cümlədən bayraq və himndən istifadə yasaqlanıb. 

2021-ci ilin yanvarında ROK-un idmançılar komissiyası Rusiyanın dövlət himninin 1938-ci ildə şair Mixail İsakovsi və bəstəkar Matvey Blanterin yazdığı "Katyuşa" mahnısı ilə əvəzlənməsini təklif edib. Təklifi ROK-un prezidenti Stanislav Pozdnyakov Beynəlxalq Olimpiya Komitəsinə yönləndirib.