İDMAN

Teymur Rəcəbovun qurbanı Şəhriyar Məmmədyarova rəqib oldu

Dünya çempionu norveçli Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsinin püşkü atılıb. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ilk turda Ermənistan təmsilçisi ilə oynayacaq
Sputnik

BAKI, 11 mart — Sputnik. Dünya çempionu norveçli Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsinin püşkü atılıb.

Sputnik Azərbaycan xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ilk turda Ermənistan təmsilçisi Levon Aronyana rəqib olub.

Turnirdəki digər iştirakçımız Teymur Rəcəbov isə Aniş Giri ilə üz-üzə gələcək.

Qeyd edək ki, Rəcəbovla Aronyan yanvarın 3-də “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin həlledici görüşündə üz-üzə gəlmişdilər. Azərbaycan təmsilçisi 2:1 (0,5:0,5; 1:0; 0,5:0,5) hesabı ilə qalib gəlmişdi.