Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 7 mart — Sputnik. Azərbaycanda dövlət qurumunun binasından oğurluq olub. Hadisə 3 gün öncə Siyəzən rayonunda baş verib.
Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Siyəzəndə yerləşən Qaz istismar sahəsinin inzibati binasında ödəniş terminalı oğurlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun rəhbəri Nizam Həmidovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, oğruların axtarışı davam etdirilir. Nəmidov terminalı oğurlayanların tez bir zamanda tapılıb cəzalarını alacaqlarını bildirib.