Ermənilər Qarabağdan çıxarılan eksponatların sərgisini keçirəcək

Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, sərgidə Xudavəng, Ağoğlan, Amaras, Gəncəsər və s. Alban monastrlarından çıxarılan qədim əlyazmalar, kitablar və arxiv sənədləri nümayiş olunacaq.
Sputnik

BAKI, 1 mart — Sputnik. Ermənistanın Matenadaran Əlyazmalar İnstitutunda Qarabağdan aparılan eksponatların sərgisi keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, sərgidə Xudavəng, Ağoğlan, Amaras, Gəncəsər və s. Alban monastrlarından çıxarılan qədim əlyazmalar, kitablar və arxiv sənədləri nümayiş olunacaq.

Ümumilikdə, sərgidə 80-dən artıq eksponatın nümayiş edilməsi gözlənilir.