CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib

Xocalı soyqırımı abidəsinin önünə gül dəstələri qoyulub və faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.
Sputnik

BAKI, 26 fevral — Sputnik. Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib

Fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Abidə önünə gül dəstələri qoyulub və faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.