Gürcüstana getmək istəyən azərbaycanlılara şad xəbər

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili qeyd edib ki, ölkəsi Azərbaycan, Ermənistan, Rusiya, Ukrayna vətəndaşlarının Gürcüstana girişinin asanlaşdırılması ilə bağlı qərar verib
Sputnik

BAKI, 24 fevral — Sputnik. Azərbaycan vətəndaşları martın 1-dən etibarən koronavirus infeksiyası ilə bağlı mənfi PZR testi olduğu təqdirdə hava yolu ilə Gürcüstana səfər edə biləcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Gürcüstanın Koordinasiya Şurasının iclası zamanı qərar verilib.

Maskanın kəraməti - qərb qonşumuz bütün COVID məhdudiyyətlərini götürməyə hazırlaşır

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili qeyd edib ki, ölkəsi Azərbaycan, Ermənistan, Rusiya, Ukrayna vətəndaşlarının Gürcüstana girişinin asanlaşdırılması ilə bağlı qərar verib.

"Quru sərhədlərimizdə bu günə olan rejim qüvvədə qalacaq", - deyə Qaribaşvili qeyd edib.

Bundan əlavə, Gürcüstan hökuməti ölkədə komendant saatından başqa bütün məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar qəbul edib. Belə ki, fevralın 25-dən ölkədə şəhərlərarası nəqliyyat işləyəcək, martın 8-dən isə iaşə müəssisələri qapılarını açacaq.

Qeyd edək ki, Gürcüstanda komendant saatı 21:00-da başlayır və 05:00-da bitir.