CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Şəhər İcra Hakimiyyəti bütün gecəni işləyib

BŞİH-dən deyirlər ki, şəhərin kommunal strukturları gecədən etibarən şəhər üzrə qarın təmizlənməsi işlərinə başlayıb
Sputnik

 

BAKI, 24 fevral — Sputnik. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) qarlı və çovğunlu hava şəraiti ilə əlaqəli görülən işlərlə bağlı açıqlama verib. İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a bildirilib ki, Bakıya 12 saatdır dayanmadan qar yağır.

"Qəfildən" qış gəlib, Bakı və ətrafı donub - VİDEO - FOTO

Qeyd olunub ki, Bakıya düşən yağıntının miqdarı 18 sm olub. Bu da aylıq normanın 90%-i həcmindədir: "Hidrometeoroloqların məlumatına görə, 2012-ci ildən sonra fevral ayında belə kəskin hava şəraiti qeydə alınmamışdır və bu, Bakıda ən aşağı temperatur göstəricisi olub. Həmin il havanın temperaturu paytaxtda mənfi 11 dərəcə olub, bu da rekord göstərici idi.

Bütün bunlara baxmayaraq şəhərin kommunal strukturları gecədən etibarən şəhər üzrə qarın təmizlənməsi işlərinə başlayıb. Texnika vasitəsilə yollara duz və kimyəvi maddələr səpilib. Bu işlər gün ərzində xüsusi qrafiklə davam etdiriləcək".

Həmçinin BŞİH avtomobil sürücülərinə müraciət edir ki, texniki cəhətdən problemli avtomobillərin yola çıxması qətiyyən tövsiyə edilmir: "Bu, nəqliyyatın və piyadaların hərəkəti üçün təhlükə yaradır".