QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Yüz qırx gündən sonra şəhid xəbəri gələn 20 yaşlı əsgər Gəncədə dəfn edilib

Əmrah Rajapov kiçik yaşlarında atasını itirdikdən sonra uşaq evinə verilib və Gəncədə uşaq evində böyüyüb.
Sputnik

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbədə pay sahibi olanlardan biri də Əmrah Rajapovdur. O, 2000-ci ildə Gəncədə doğulub.

Sputnik Azərbaycan-ın məlumatına görə, kiçik yaşlarında atasını itirən Əmrah Gəncə şəhərində yerləşən uşaq evlərindən birinə verilib. Orta məktəbdən məzun olduqdan sonra, ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb. 44 günlük Vətən müharibəsində iştirak edib. Oktyabrın 8-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun nəşi ötən gün müəyyən edildikdən sonra Gəncə şəhərinə gətirilib və Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Yüz qırx gündən sonra şəhid xəbəri gələn 20 yaşlı əsgər Gəncədə dəfn edilib

Dəfn mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.