Gürcüstanın yeni hökuməti təsdiqləndi: baş nazir ikinci dəfə seçildi

İrakli Qaribaşvili 2013-cü il noyabrın 20-dən 2015-ci il dekabrın 23-dək Gürcüstanın (11-ci) baş naziri olub
Sputnik

BAKI, 22 fevral - Sputnik. Gürcüstan Parlamenti baş nazir postuna namizəd olan İrakli Qaribaşviliyə, eləcə də onun kabinetinin tərkibi ilə hökumət proqramına etimad göstərib.

Sputnik Gürcüstan-ın məlumatına görə, səsvermə qanunverici orqanın saytında canlı yayımlanıb. 

"89 leyinə, 2 - əleyhinə. Gürcüstan Parlamenti etimad bildirdi", - spiker Arçil Talakvadze deyib. 

Gürcülər yenə etirazda: kimi yanacaq qiymətinə qarşıdır, kimi də çadır qura bilmir - VİDEO

Hakim "Gürcü arzusu" partiyası parlamentdə 150 yerdən 90-na sahibdir. Etimad üçün 75 səs gərək idi. Ötən həftə Georgi Qaxariya məhkəmənin girov ödənmədiyi səbəbindən haqqında həbs qərarı çıxardığı müxalifətçi Nikanor Meliya ilə bağlı hökumət üzvləri ilə fikir ayrılığına görə istefa verdikdən sonra baş nazir postu boş idi. Qaxariya hesab edirdi ki, müxalifətçinin həbsi ölkədə siyasi vəziyyəti gərginləşdirə bilər.

Gürcüstanın yeni hökumətinə daxil olan nazirlərdən yalnız ikisi təzədir: Mayya Tskitişvilinin əvəzinə İrakli Karseladze infrastruktur naziri, Qaribaşvilinin əvəzinə isə Cuanşer Burçuladze müdafiə naziri olub. 

Nazirlər Kabinetinin digər üzvləri aşağıdakılardır: daxili işlər naziri - Vaxtanq Qomelauri, təhsil, elm, mədəniyyət və idman naziri - Mixail Çxenkeli, səhiyyə naziri - Yekaterina Tikaridze, barışıq və vətəndaş inteqrasiyası məsələləri üzrə dövlət naziri - Teya Axvlediani, maliyyə naziri - Vano Maçavarani, xarici işlər naziri - David Zalkaliani, ədliyyə naziri - Qoça Lordkipanidze, ətraf mühit və təbii sərvətlər naziri Levan Davitaşvili, iqtisadiyyat və dayanıqlı inkişaf naziri - Natiya Turnava.

Qeyd edək ki, İrakli Qaribaşvili 2013-cü il noyabrın 20-dən 2015-ci il dekabrın 23-dək Gürcüstanın (11-ci) baş naziri olub.