Üç gün durmadan dua edin, sağalaq...

2020-ci ilin mayından bəri koronavirusa yoluxma və ölüm statistikasını yeniləməyən Tanzaniyanın prezidenti vətəndaşlardan dua etmələrini istəyib
Sputnik

BAKI, 19 fevral - Sputnik. Tanzaniya prezidenti Con Maqufuli ölkə xəstəliklərə qalib gəlsin deyə əhalini üç gün dalbadal dua etməyə səsləyib. Sputnik Azərbaycan bildirir ki, prezident East Africa Radio-nun qonağı olarkən vətəndaşlara səslənib.

90 nəfər öz istəyi ilə koronavirusa yoluxdurulacaq

Maqufulinin sözlərinə görə, xəstəliklər hər zaman olacaq. 

"Tanzaniyalılardan bir daha xahiş edirəm, bu çətin situasiyada Allaha yalvarmağa davam edək. Gəlin bu gündən başlayaq - bizim müsəlman qardaşlarımız dua etsinlər, sabah, şənbə günü adventist qardaşlarımız, bazar günü isə xristian qardaşlarımız tanrıya yalvarsınlar", - prezident deyib. 

Siyasətçi qeyd edib ki, ötən il Tanzaniya "qələbə qazanaraq" özünütəcrid tətbiq etməyib, iqtisadiyyatını da qoruyub. 

Maraqlıdır ki, Tanzaniya 2020-ci ilin mayından bəri ölkədə koronavirusa yoluxma və ölüm statistikasını yeniləmir.