CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bir hissəsində su olmayacaq

Səbəb rayonun Elşən Süleymanov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə bağlı görülən tədbirlərdir.
Sputnik

BAKI, 18 fevral — Sputnik. Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Sputnik Azərbaycan-a Azərsu Açıq Səhmdar Cəmiyyətindən verilən məlumatına görə, buna səbəb rayonun Elşən Süleymanov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə bağlı görülən tədbirlərdir.