BAKI, 16 fevral — Sputnik. Sabahdan etibarən dövlət yoxlanışı zamanı əhali abonentləri üçün quraşdırılan öncədən ödənişli qaz sayğaclarının ödəniş kartlarının aktivləşdirilməsi “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı, Bakı şəhərinin rayonları üzrə yerli qaz xidmət sahələrində də həyata keçiriləcək.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun SəfərovSputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, onların qaz sayğaclarının ödəniş kartlarının aktivləşdirilməsi səyyar avtomobillər vasitəsi ilə fəaliyyət göstərəcək Müştəri Xidməti şöbəsinin əməkdaşları tərəfindən həyata keçiriləcək: "Bununla bağlı onu da qeyd edim ki, bu gün “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev məsələ ilə əlaqədar strukturların rəhbərlərinə aidiyyəti üzrə göstərişlər verib və abonentlərin əvvəlcədən ödənişli qaz sayğaclarının ödəniş kartlarını almasında hər hansı bir problemin yaşanmaması üçün bütün imkanların səfərbər olunması tapşırılıb".