CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xidmət rəisindən böyük tikinti şirkətlərinə məsləhət - İndi az pulu verin ki...

"Böyük tikinti şirkətləri kiçik məbləğləri ödəməkdənsə, gecə gizlicə ağacları kəsirlər. Sonra da böyük məbləğdə cərimə edilirlər".
Sputnik

BAKI, 16 fevral — Sputnik. "Bəzən böyük tikinti şirkətləri yeni çoxmərtəbəli binaların tikintisi üçün milyonlarla vəsait xərcləyir. Lakin adi razılaşma üçün aidiyyəti qurumlara müraciət etmirlər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə "Ekspert saatı"nda deyib.

Onun sözlərinə görə, köhnə binaların sökülüb yerində müasir binaların tikilməsi vacibdir: "Lakin həmin ərazilərdə yaşıllığın köçürülməsi üçün rəy alınmır. Böyük tikinti şirkətləri kiçik məbləğləri ödəməkdənsə, gecə gizlicə ağacları kəsirlər. Sonra da böyük məbləğdə cərimə edilirlər".