CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Vaksindən sonra işə getdim” - Hande Harmancı

"Hər kəsi mümkün olduğu zaman peyvənd olunmağa dəvət edirəm” - Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri
Sputnik

BAKI, 15 fevral — Sputnik. “Bu gün birinci doza vaksinasiyadan keçdim, daha sonra isə işə getdim, hazırda yaxşıyam”. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, nə qədər çox insan sürətli şəkildə vaksinasiyadan keçsə, pandemiya ilə mübarizə o qədər effektiv olar: "Hər kəsi mümkün olduğu zaman peyvənd olunmağa dəvət edirəm”.