VİDEO

NATO Rusiya 5G-texnologiyalarına qarşı "müharibə" elan edib

Latviya və Estoniya Rusiyadan NATO hava donanmasının istifadə etdiyi tezlikdən imtina etməyi tələb edirlər.
Sputnik

Estoniya və Latviya Rusiyanın Leninqrad vilayətində quraşdırılan 5G qüllələrinə “müharibə” elan ediblər. Rusiya mobil operatorları tərəfindən 4,8 – 4,99 GHz tezliyində yeni nəsil mobil rabitənin sınaqdan keçirilməsi iki Baltik dövlətinin narazılığına səbəb olub.

Məlumdur ki, Latviya və Estoniyanın üzvü olduqları NATO-nun hərbi aviasiya sistemləri də həmin diapazondan istifadə edir. Guya Rusiya 5G qüllələri alyansın hava donanmasının fəaliyyətinə ciddi maneə yaradır. NATO-nun üzvü olmayan, ancaq hərbi sistemlərini onun standartları ilə uyğunlaşdıran Finlandiya eyni iddiaları dəstəkləyir. İndi isə Rusiyadan həmin tezliklərin istifadəsindən imtina etmək tələb olunur.