VİDEO

Şəkidə ruhlar evi yandırır - VİDEO

Əvvəllər Məmmədovlar ailəsi belə bir şeyi televizorda görüb-eşitmişdilər. İndi isə öz gözləriylə gördülər. Əşyalar öz-özünə yanır. Ətraflı videomuzda baxın.
Sputnik

Müəmmalı yanğınlar Şəki rayonunun Turan qəsəbəsində yaşayan Məmmədovlar ailəsini qorxuya salıb. Ev sahibi Rəcəbəli MəmmədovSputnik Azərbaycan-a bildirib ki, müəmmalı yanğın fevralın 10-dan başlayıb və ilk yanan uşaq çarpayısı olub.

Şəkidə poltergeyst: Ailə qorxudan evində gecələyə bilmir - FOTOLAR >>

Evdəki bütün əşyalar qonşuların köməyi ilə bayıra çıxarılıb və həyətə yığılıb. Lakin bu da otaqlardakı yanğınlara təsir etməyib. Yenə şkafdakı parça yanmağa başlayıb. Onu isə qonşuluqda yaşayan müəllim Məzahir Quliyev söndürüb.

Yanğının yaranma səbəbini öyrənmək üçün qonşular səhərə kimi keşik çəkiblər. Amma heç bir nəticəsi olmayıb.