CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diplomatik korpusun nümayəndələri Cəbrayıl və Zəngilana yola düşüblər

Azərbaycanda akkreditə olunmuş səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan bölgələrində olacaqlar
Sputnik

BAKI, 6 fevral - Sputnik. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan bölgəsinə yollanıblar. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter hesabında məlumat verib. 

​"Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanda akkreditə olunmuş səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri ilə birlikdə işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan bölgələrini ziyarət etmək üçün yola çıxmışıq”, - H.Hacıyev yazıb.