BAKI, 6 fevral — Sputnik. COVID-19 statistikasının anbaan göstərildiyi “Worldometers” saytında yayılan məlumata görə, Afrika qitəsində COVID-19-a yoluxanların sayı 3,7 milyona çatıb.
Sputnik Azərbaycan məlumat verir ki, virusa yoluxan şəxslərin 3,2 milyonu sağalsa da, 94 min insan COVID-19-un qurbanına çevrilib. Cənubi Afrika Respublikası, Fəs, Tunis, Misir və Efiopiya qitədə ən çox xəstəlik aşkarlanan ölkələrdir. Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansın (GAVI) yaydığı açıqlamada bildirilib ki, COVAX proqramı çərçivəsində bu ilin birinci yarısında bütün Afrika ölkələrinə vaksinlər çatdırılacaq.