CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Xoreoqrafiya Akademiyasının rektoru vəzifəsindən azad edilib

Timurçin Əfəndiyev tanınmış yazıçı İlyas Əfəndiyevin oğlu, baş nazirin keçmiş müavini Elçin Əfəndiyevin isə qardaşıdır.
Sputnik

BAKI, 3 fevral - Sputnik. Timurçin İlyas oğlu Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Timurçin Əfəndiyev tanınmış yazıçı İlyas Əfəndiyevin oğlu, baş nazirin keçmiş müavini Elçin Əfəndiyevin isə qardaşıdır.