CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir qurum modul xəstəxanaya uşaq çarpayılarının yerləşdirilməsi mövzusuna toxundu

Zığ qəsəbəsindəki modul tipli hospitala koronavirus infeksiyasına yoluxmuş uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi barədə məlumatlar yayılır.
Sputnik

 

BAKI, 1 fevral — Sputnik. Son günlər bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin Bakı şəhərinin Zığ qəsəbəsində yerləşən koronaviruslu (COVID-19) xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında koronavirus infeksiyasına yoluxmuş uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır. Bu barədə Sputnik Azərbaycan-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi bu məlumatları qəti şəkildə təkzib edir: "Kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırır, ictimaiyyətdən isə yalnız rəsmi məlumatlara etibar etməyi xahiş edirik".