Türkiyə Ermənistanla sərhəddəki dağı turistlərin üzünə açdı

Ağrı dağı "xüsusi təhlükəsizlik" zonası elan edilərək 2015-ci ildən bəri ziyarətçilərin üzünə bağlanmışdı
Sputnik

BAKI, 1 fevral - Sputnik. Türkiyə beş il müddətində bağlı saxladığı Ağrı dağını turistlər və alpinistlər üçün açacaq. 

Sputnik Azərbaycan-ın məlumatına görə, ölkənin şərqində, Ermənistanla sərhəddə yerləşən dağ fevralın 4-dən dağadırmanma həvəskarlarının ixtiyarına veriləcək. Bu barədə ölkənin alpinizm federasiyasından məlumat verilib. 

Ağrı dağı "xüsusi təhlükəsizlik" zonası elan edilərək 2015-ci ildən bəri ziyarətçilərin üzünə bağlanmışdı. Həmin vaxt PKK terrorçularına qarşı həmin bölgədə antiterror əməliyyatı aparılırdı. 

Federasiyadan bildirib ki, dağa ilk çıxanlar qurumun məşqçiləri olacaqlar.