BAKI, 1 fevral - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 77 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 230 296 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 223 475 nəfər müalicə olunaraq sağalıb, 3 136 nəfər vəfat edib, aktiv xəstə sayı 3 685 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 984, ötən müddət ərzində isə ümumilikdə 2 412 034 test aparılıb.