BAKI, 31 yanvar. Bu gün Tarif Şurasının növbəti iclası keçirilib, aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, iclasda suyun qiymətinin artırılması ilə yanaşı, yeni dövlət qeydiyyatına alınan 50 dərman vasitəsinin qiyməti də təsdiq edilib.
Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12442 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının “Dərman vasitələri” bölməsində yerləşdirilib.