RUSİYA

Dünyanın ən məşhur fotoqrafları Stenin müsabiqəsinin münsiflər heyətində

"Müharibədə də uşaqlar doğulur, insanlar sevib-sevilir, ayrılır, bir-birini qısqanırlar. Ona görə də hərbi reportyorların fotolarında həyatın bütün bu məqamları öz əksini tapmalıdır".
Sputnik

BAKI, 28 yanvar — Sputnik. Gənc fotoreportyorlar üçün keçirilən Andrey Stenin adına beynəlxalq fotojurnalistika müsabiqəsi məşhurlardan ibarət münsiflər heyətini açıqlayıb. 2021-ci ildə müsabiqənin beynəlxalq komandası misilsizdir: münsiflər heyətinə dünyanın nəhəng media orqanlarının nümayəndələri, titullu fotoqraflar daxildir. 

Andrey Stenin fotojurnalistika müsabiqəsinə fotoların qəbulu başladı
Onların arasında "Ştern" jurnalının fotodirektoru Andreas Tramp (Almaniya), müstəqil kurator və fotoredaktor Rut Ayhhorn (Almaniya), "Festival della Fotografia Etica"nın yaradıcısı və koordinatoru Alberto Prina (İtaliya), "Independent Media"nın tərkibinə daxil olan Cənubi Afrikanın ən qədim nəşrlərindən "Keyp Tayms" və "Keyp Arqus"un fotoredaktoru Yen Lendsberq (CAR), dünyanın aparıcı foto mükafatı "World Press Photo"nun ikiqat qalibi olmuş RİA Novosti-nin xüsusi fotomüxbiri Valeri Melnikov (Rusiya), aparıcı beynəlxalq foto mükafatların çoxsaylı qalibi, "Noor Images" beynəlxalq foto agentliyinin həmtəsisçisi Yuri Kozırev də var.

"Noor Images" foto agentliyinin həmtəsisçisi Yuri Kozırev (Rusiya): "Stenin adına müsabiqənin münsiflər heyətinə dəvət mənim üçün şərəfli hadisə oldu. Andrey yaxşı fotoqraf, əsl peşəkar idi. Belə hesab edirəm ki, hər bir müsabiqə nəticələrin ədalətli şəkildə yekunudur – bir il ərzində etdiyiniz hər şeyə baxaraq müsbət və mənfi tərəflərinizi başa düşürsünüz. Məsələn, keçən il hamımız üçün ağır keçdi.

Əgər fotojurnalist sənətinə bir daha nəzər salsaq, görərik ki, onun əsas cəhəti doğru məqamda doğru yerdə olmaqdır. Andrey Steninin timsalında fotoqraflar risk etməyə, qaynar nöqtələrdə olmağa hazırdırlar. Amma birdən-birə pandemiya başladı və hərəkət məhdudlaşdırıldı, bir anda özümüzü möhkəm çərçivələrin arasında gördük. Mənə çox maraqlıdır ki, fotoqraflar, xüsusən də hərəkət etməyi sevən gənclər bu problemin öhdəsindən necə gəldilər? Hər bir halda həyat davam edir.

Və yenə hərbi fotoreportyor Andrey Steninin təcrübəsinə qayıtsaq, deyə bilərəm ki, o, münaqişə ocaqlarındakı həyatı əks etdirməyə çalışırdı. Həyat isə bildiyimiz kimi güllələrdən ibarət deyil: müharibədə də uşaqlar doğulur, insanlar sevib-sevilir, ayrılır, bir-birini qısqanırlar. Ona görə də hərbi reportyorların fotolarında həyatın bütün bu məqamları öz əksini tapmalıdır.

Andreas Tramp, "Ştern" jurnalının fotodirektoru (Almaniya): "Məni ilk dəfə 2017-ci ilin yazında bu müsabiqənin münsiflər heyətinə dəvət etdilər. Moskvanı görmək, "Rossiya Seqodnya"nın peşəkar komandası ilə işləmək mənim üçün böyük uğur idi. Ən əsası, bir sıra yeni fotoqraflarla tanış oldum. Məndən yenidən bu müsabiqənin münsiflər heyətində yer almaq istəyib-istəmədiyimi soruşanda heç düşünmədən dəvəti qəbul etdim. Əminəm ki, müsabiqə çərçivəsində yenə bütün dünyadan fotoqrafların gözəl işləri ilə tanış olmaq imkanı qazanacağam".

Müstəqil kurator və fotoredaktor Rut Ayhhorn (Almaniya): "İlk dəfə bu müsabiqədə 2016-cı ildə iştirak etdim və 2015-ci ildə çəkilmiş fotoların bir hissəsini gözdən keçirmək fürsətim oldu. Yaxşı yadımdadır, onda münsiflər heyətinin tərkibində müxtəlif ölkələrdən – Rusiya, İtaliya, Çin, Amerika, İsveçrə və Almaniyadan mütəxəssislər yer almışdılar. Onların hamısı əsl peşəkarlar idi və hər birinin güclü arqumentləri vardı. Qızğın mübahisələr gedirdi. Mən çox sevinirəm ki, bu müsabiqə hələ də məşhurdur. Gənc fotoqraflar üçün bu, çox vacibdir".

"Festival della Fotografia Etica"nın yaradıcısı və koordinatoru Alberto Prina (İtaliya): "Stenin adına müsabiqənin münsiflər heyətində ikinci dəfə iştirak etdiyim üçün çox xoşbəxtəm. Birinci təcrübəm çox müsbət olmuşdu, müsabiqə mənə bütün dünyadan olan həmkarlarımla birlikdə işləmək fürsəti vermişdi. Belə möhtəşəm layihəyə mən də töhfə verəcəyim üçün qürur hissi keçirirəm".

Yura Dövrü Parkı və Apokalipsis: Vəhşi təbiətin ən gözəl - FOTOLARI

Cənubi Afrikanın "Independent Media"nın tərkibinə daxil olan "Keyp Tayms" və "Keyp Arqus" jurnallarının fotoredaktoru Yen Lendsberq (CAR): "2017-ci ildən Stenin adına müsabiqənin münsiflər heyətində iştirak edirəm. Bu mənə həm dəyişən dünyada fotojurnalistika ilə bağlı öz fikirlərimə tənqidi yanaşmaq, həm də Yer kürəsinin müxtəlif guşələrindən olan gənc fotoqrafların işlərini qiymətləndirmək fürsəti verir".

RİA Novosti-nin xüsusi fotomüxbiri Valeri Melnikov (Rusiya): "Bir neçə il bundan əvvəl də Stenin adına müsabiqənin münsiflər heyətində iştirak etmişdim. Onda baxmayaraq ki, müsabiqə yenicə fəaliyyətə başlamışdı, xeyli sayda maraqlı fotolar göndərilmişdi. Bu mənim beynəlxalq komandada ilk təcrübəm idi. Ümid edirəm ki, bu il də çox maraqlı işlərlə tanış olacağıq. Ötən il həm dünya, həm də Rusiya üçün asan keçmədi. Mən bütün fotoqrafları ən maraqlı işlərini bu müsabiqəyə təqdim etməyə çağırıram. Qoy onlar bizə ötən ili necə keçirdiyimizi öz fotoları ilə göstərsinlər.

Qeyd edək ki, hər il dekabr ayının 22-də – "Rossiya Seqodnya" media qrupunun xüsusi fotomüxbiri Andrey Steninin ad günündə onun xatirəsinə həsr olunmuş müsabiqəyə start verilir. Müsabiqədə dünyanın hər yerindən 18-33 yaş arası peşəkar fotoqraflar iştirak edə bilərlər. Həm tək, həm də silsilə şəklində fotolar göndərmək mümkündür. Bu işlər 4 nominasiya üzrə dəyərləndirilir: "Əsas xəbərlər", "İdman", "Mənim planetim" və "Portret – zəmanəmizin qəhrəmanı". Nominasiyaların hər birinə ya bir ədəd tək, ya da eyni silsilədən olan bir neçə foto ilə qatılmaq mümkündür.

2021-ci ildə müsabiqənin mükafat fondu hər nominasiya üzrə 1-ci, 2-ci və 3-cü yerə müvafiq olaraq 125, 100 və 75 min rubl təşkil edir. Stenin adına müsabiqənin ən yüksək mükafatı olan Qran-Prinin sahibi isə 700 min rubl məbləğində pul mükafatı alacaq.

Fotoların qəbulu fevarlın 28-nə kimi davam edir. Arzu edənlər öz işlərini aşağıdakı saytlar vasitəsilə göndərə bilərlər:

rus dilində – http://stenincontest.ru saytına

ingilis dilində – https://stenincontest.com

Çin dilində – https://cn.stenincontest.com

Müsabiqə haqqında:

"Rossia seqodnya" BİA-nın təşkilatçılğı və UNESCO üzrə Rusiya Komissiyasının himayəsi ilə keçirilən Andrey Stenin adına beynəlxalq fotojurnalistika müsabiqəsi gənc fotoqrafları dəstəkləmək və cəmiyyətin diqqətini müasir fotojurnalistikanın problemlərinə yönəltmək məqsədi daşıyır.

Bütün dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üçün fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-York qərargahı da 2018-ci ildən bəri müsabiqənin ekspozisiya sahəsinə daxil edilib. 2019-cu ildən isə müsabiqə çərçivəsində təşkil olunan sərgi Strasburqda, Avropa Şurasında da nümayiş olunur.

Xatırladaq ki, Andrey Stenin adına beynəlxalq fotojurnalistika müsabiqəsi 2020-ci ildə həm Rusiyanın, həm də dünyanın nəhəng media orqanlarının, informasiya agentliklərinin və foto cəmiyyətinin dəstəyi ilə baş tutmuşdu. Bir neçə nominasiyanın tərəfdaşları Birləşmiş Şanxay Media Qrupu, "China Daily" qəzetinin internet portalı, Əl-Məyadin TV ümumərəb informasiya holdinqi, həmçinin dünyanın ən böyük humanitar təşkilatlarından biri olan Beynəlxalq Qızıl Xaç Komitəsi idi.

Sputnik Azərbaycan-ın fotoqrafı "Formula-1"də çəkdiyi kadra görə mükafatlandırıldı

2020-ci ildə müsabiqənin əsas informasiya tərəfdaşları "Vesti.Ru" informasiya-xəbər portalı və "Rossiya-Kultura" ümumrusiya dövlət telekanalıdır.

Müsabiqənin beynəlxalq informasiya tərəfdaşları "Sputnik" informasiya agentliyi və radiosu, "Askanews" informasiya agentliyi, "Independent Media" holdinqi, "Notimex" informasiya agentliyi, ANA xəbər agentliyi, RT telekanalı və portalı, "Shanghai United Media Group" (SUMG), "China Daily" qəzetinin internet portalı, "The Paper-in" internet portalı, "Al Mayadeen" media şəbəkəsi, "Prensa Latina" informasiya agentliyi, "News1" informasiya agentliyi, DBW internet portalı, "Brasil247" xəbər portalıdır.

Bundan başqa, "National Geographic Russia" jurnalı, "Russian Photo" portalı, "Photo-study.ru" portalı, "Аkademiya fotografii" foto məktəbi, "YOung JOurnalists" informasiya portalı, "Fotoargenta" jurnalı, "New Daily" fotojurnalistika klubu, "Enfoque Visual" jurnalı, "LF Magazine", "All About Photo" internet portalı və "PhotON" festivalı sahə tərəfdaşlığı statusunda müsabiqəyə dəstək verir.