BAKI, 28 yanvar - Sputnik. Xəzər dənizində güclü zəlzələ olub.
Sputnik Azərbaycan Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 21:06-da Xəzər dənizində zəlzələ qeydə alınıb.
Maqnitudası 4,5 olan yeraltı təkanın dərinliyi 60 km olub.
Zəlzələ sahilyanı rayonlarda - Siyəzən, Şabran və Xızıda 3 bala qədər hiss olunub.