BAKI, 28 yanvar - Sputnik. Xalq artisti Rafiq Hüseynov (Rəmiş) xəstəxanaya yerləşdirilib.
Bu barədə APA-ya onun həyat yoldaşı Güllü Hüseynova məlumat verib.
O bildirib ki, Rəmiş Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda vəziyyətinin ağır olduğunu vurğulayıb.
Qeyd edək ki, sənətçi Hepatit C mənşəli xroniki qaraciyər xəstəliyindən əziyyət çəkir.
Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində anadan olub.