BAKI, 13 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Moskvada yanvarın 11-i baş tutmuş Rusiya, Azərbaycan və Ermənistan liderlərin üçtərəfli görüşünün əsas yekunları barədə məlumatlandırıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Ərdoğan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki səylərini dəstəkləyib, Türkiyə və Rusiyanın birgə koordinasiyasının tərəfdarı olduğunu vurğulayıb.
O, həmçinin Rusiya və Türkiyənin addımlarının koordinasiya etdirilməsinin önəmini qeyd edib.
Putin və Ərdoğan, o cümlədən Qarabağda atəşkəs rejiminə nəzarət üzrə Rusiya – Türkiyə Mərkəzinin formalaşdırılmasını müzakirə edib.
Qeyd edək ki, Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək.