SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Kabildə hazırlıqlar başlayacaq - orada Azərbaycanın səfirliyi açılır

Nazirlər Kabinetinə Azərbaycanın Əfqanıstanda (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Sputnik

BAKI, 13 yanvar - Sputnik. Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyi təsis ediləcək. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Prezident İlham Əliyev bu haqda qanunun təsdiqlənməsi barədə sərəncam imzalayıb. 

Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.