BAKI, 11 yanvar — Sputnik. Salyan rayonunda həkim-travmatoloq koronavirusdan vəfat edib. Sputnik Azərbaycan-ın məlumata görə, Salyan Rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu Ramazan Əhmədov bir müddət əvvəl koronavirusa yoluxub. Müalicəsi davam etsə də, vəziyyəti ağırlaşdığından onu Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər. Lakin həkimlərin bütün səylərinə baxmayaraq R.Əhmədov bu gün koronavirusdan dünyasını dəyişib.