İDMAN

Türkiyənin məşhur aşpazı Həbib Nurməhəmmədovu qonaq etdi - VİDEO

Tortun üzəri UFC çempionunun kəməri formasında bəzədilib, siniyə isə Həbibin adı yazılıb. Yeməkləri dadandan sonra məşhurlar meydançada top da qovublar
Sputnik

BAKI, 10 yanvar - Sputnik. Nəhəng porsiyada xörəklər hazırlaması ilə məşhurlaşan türkiyəli aşpaz Burak Özdemir bu dəfə dağıstanlı idmançı, Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədovu təəccübləndirməyi bacarıb.

Sputnik Azərbaycan bildirir ki, Dubaydan paylaşılan video və fotolarda Burakın Həbib üçün iri qabda bizim "üç bacı" adlandırdığımız dolma və iri tort bişirdiyi görünür. Tortun üzəri UFC çempionunun kəməri formasında bəzədilib, siniyə isə Həbibin adı yazılıb.

Həbib Nurməhəmmədov da paylaşım edərək xörəklərin dadlı olduğunu bildirib, türk aşpaza təşəkkür edib.

Burak Özdemirin paylaşdığı başqa bir videoda isə məşhurlar futbol bacarıqlarını nümayiş etdiriblər.