FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Həftənin fotoları: Baydenin duası, ralli-dakar və damda onlayn dərs

Sputnik

2021-ci ilin ilk günləri müxtəlif hadisələrlə yadda qaldı. Vaşinqtonda son prezident seçkilərinin nəticələri ilə əlaqədar iğtişaşlar baş verdi. Hazırki Prezident Donald Trampın tərəfdarları Co Baydenə qarşı etiraz aksiyası keçirərək Konqressin binasına iclas zamanı hücum etdilər.

Dünyada koronavirus pandemiyasına qarşı mübarizə davam edir. Bir çox ölkələrdə artıq kütləvi vaksinasiya həyata keçirilir, eləcə də karantin tədbirləri davam etdirilir. 

Bütün dünyada pravoslav xristianlar Milad bayramını qeyd ediblər. 

Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.

1 / 14
ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden Vaşinqtonda etirazları qınayarkən dua edir.
2 / 14
İnsanlar Sinqapurda açıq havada sosial məsafəni gözləməklə film izləyirlər.
3 / 14
Sofiyada dini mərasim zamanı kişilər taxta xaçı tutmaq üçün gölə tullanırlar, Bolqarıstan.
4 / 14
Nayrobidə Kibera xarabalıqlarında dərslərdən əvvəl temperaturunu ölçdürmək üçün növbəyə düzülən məktəblilərin siluetləri, Keniya.
5 / 14
Koronavirusdan ölən 73 yaşlı Veronika Ferreyranın oğlanları onun dəfn mərasimində, Braziliya.
6 / 14
İnsanlar Londonda məhkəmənin Culian Assancla bağlı verdiyi qərarı qeyd edirlər. Məhkəmənin qərarına əsasən, "WikiLeaks"in təsisçisi Culian Assanc ABŞ-a ekstradisiya olunmayacaq.
7 / 14
Myanmanın müstəqilliyinin 75-ci ili dönümündə bayram tədbirləri zamanı keçirilən yarışda oğlan.
8 / 14
ABŞ-da, Corciya ştatında demokratlar partiyasından Senata namizədlər Con Ossoff və Rafael Uornokun tərəfdarı 65 yaşlı Donna Betel.
9 / 14
Manilada beşinci sinif şagirdi 10 yaşlı Cey Ər-Kalma yaşadığı evin damında onlayn dərs zmaanı, Filippin.
10 / 14
İnsanlar Los-Ancelesdə Dodcer stadionunda koronavirus testindən keçmək üçün növbəyə düzülürlər.
11 / 14
Malayziyada yerli sakinlər musson leysanlarından sonra ekskavatorda gedirlər.
12 / 14
Donald Trampın tərəfdarları Vaşinqtonda aksiya zamanı Kapitoliyə daxil olublar.
13 / 14
Pekin sakini buz bağlamış göldə üzür.
14 / 14
Belçikalı bayker Valter Rolants Səudiyyə Ərəbistanında Dakar rallisinin ikinci mərhələsi zamanı.