CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Neftçi" klubunun sabiq futbolçusu vəfat edib

Keçmiş futbolçu 72 yaşında qəflətən dünyasını dəyişib. Rusiyanın Moskva şəhərində yaşayan veteran hücumçu qonşu ölkənin paytaxtında dünyasını dəyişib
Sputnik

BAKI, 7 yanvar — Sputnik. Bakının "Neftçi" klubunun sabiq futbolçusu Rafiq Əlizadə vəfat edib.

Sputnik Azərbaycan apasport.az-a istinadən xəbər verir ki, keçmiş futbolçu 72 yaşında qəflətən dünyasını dəyişib. Rusiyanın Moskva şəhərində yaşayan veteran hücumçu qonşu ölkənin paytaxtında dünyasını dəyişib.

Futbolçu karyerasına 1966-cı ildə Bakı "Lokomotiv"ində başlayan Əlizadə 1966-72 və 1976-82 illərdə "Neftçi"də çıxış edib. O, Tiraspol şəhərinin komandasının (1973-74) və Odessa "Çernomorets"inin (1975) formasını da geyinib. 1988-89-cu illərdə Bakı "Termist"ində oynayan məşqçi kimi çalışıb.

Sonradan futzala keçən forvard 1991-ci ildə "Neftçi"nin şərəfini qoruyub və SSRİ yığmasında 2 oyun keçirib. Həmyerlimiz həm SSRİ millisinin, həm də "Dina" klubunun məşqçisi də olub. O, 1992-2008-ci illərdə bu klubun idman direktoru, 2010-17-ci illərdə vitse-prezidenti kimi çalışıb.