CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Teymur Rəcəbov Aronyanı məğlub edərək nüfuzlu turnirin qalibi oldu

Matç Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1 (0,5:0,5; 1:0; 0,5:0,5). Yarışın ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalibi 60 000 ABŞ dolları gözləyir.
Sputnik

BAKI, 3 yanvar - Sputnik. Bu gün “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin həlledici görüşündə qalib müəyyən olunub.

Final mərhələsinin ikinci matçında azərbaycanlı qrossmeyster Teymur Rəcəbov erməni şahmatçısı Levon Aronyanla mübarizə aparıb.

Matç Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1 (0,5:0,5; 1:0; 0,5:0,5).

Yarışın ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 000 ABŞ dolları alacaq.

Qeyd edək ki, Teymur Rəcəbov dünən keçirilmiş birinci matçda Aronyanı 2,5:1,5 hesabla məğlub edib. Birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən Teymur Rəcəbov dördüncü partiyada qara fiqurlarla rəqibi üzərində qələbə qazanmışdı.