CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid və qazi ailələrindən 1540 nəfər özünüməşğulluq proqramına cəlb edilib

Ailənin istəyi və bacarığına uyğun olaraq kiçik təsərrüfatların qurulması üçün dövlət dəstəyi verilir.
Sputnik

BAKI, 30 dekabr — Sputnik. Postmüharibə dövründə şəhid və qazi ailələrindən 1540 nəfər özünüməşğulluq proqramına cəlb edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı "Facebook" səhifəsində canlı yayımda sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 860-ı şəhid ailəsi üzvləridir. "Həmin ailələrlə görüş keçirərkən ailənin şəraiti, məşğulluq imkanları araşdırılır. Ailənin istəyi və bacarığına uyğun olaraq kiçik təsərrüfatların qurulması üçün dövlət dəstəyi verilir".