BAKI, 28 dekabr - Sputnik. Şuşaya yeni polis rəisi təyin olunub.
APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Polis polkovnik-leytenantı Səməd Akif oğlu Məhərrəməv Şuşa Şəhər Polis Şöbəsinin rəisi təyin edilib.
Qeyd edək ki, S.Məhərrəmov Vətən Müharibəsinin iştirakçılarından olub. O, bundan əvvəl Goranboy Rayon Polis Şöbəsində çalışıb.