Bakı məktəblərinin Vətən müharibəsində iştirak edən müəllimlərin sayını açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bildirib ki, idarənin tabeliyindəki təhsil müəssisələrində çalışan 127 təhsil işçisi müharibə dövründə Azərbaycan Ordusunun sıralarına qoşulub.
Sputnik

BAKI, 28 dekabr — Sputnik. Təhsil işçiləri də Azərbaycanın öz torpaqları uğrunda haqq savaşı apardığı Vətən müharibəsində fəal iştirak ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, idarənin tabeliyindəki təhsil müəssisələrində çalışan 127 təhsil işçisi müharibə dövründə Azərbaycan Ordusunun sıralarına qoşulub. Onlardan 122-si müəllim, 5-i direktor müavinidir.