İQTİSADİYYAT

Professor: “Gələn ilin büdcəsində gərginlik olmayacaq”

Belarusiyanin Polotsk Dövlət Universitetinin İqtisadiyyat kafedrasının professoru Elnur Sadıqov deyir ki, 2021-ci ilin büdcəsində quruculuq üçün böyük vəsaitlər nəzərdə tutulur
Sputnik

“2020-ci ilin büdcəsi neftin qiymətinin düşməsi və pandemiya səbəbindən gərginliklərlə üzləşdi. Ancaq gələn ilin büdcəsində gərginlik olmayacaq”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Belarusiyanin Polotsk Dövlət Universitetinin İqtisadiyyat kafedrasının professoru Elnur Sadıqov deyib.

Professor bildirib ki, aparılan islahatlar və digər daxilolmalar vasitəsilə büdcəyə kifayət qədər vəsait cəlb etmək imkanlarımız var: “2021-ci ilin büdcəsində quruculuq üçün böyük vəsaitlər nəzərdə tutulur. Bununla belə əlavə ehtiyyatları cəlb etməklə bu işi uğurla həyata keçirmək mümkün olacaq. Xüsusən də dövlət tərəfindən həyata keçirilən sosial siyasətin reallaşması tam olaraq baş tutacaq”.

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəyə çıxarılıb.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz