BAKI, 27 dekabr — Sputnik. Bakının Xətai rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac, 1 ədəd qoruyucu açar və kabel 10 p.m yanıb.
Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, binadakı digər mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.