BAKI, 24 dekabr — Sputnik. İki gündür Bakı şəhərində davam edən yağış müğənni əkiz bacılar Sevil və Sevincin evini yararsız hala salıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bacılar "Instagram" səhifələrində video paylaşıblar. Onlar bildiriblər ki, hər dəfə güclü yağış yağarkən eyni problemi yaşayırlar. "Absheron City"yə öz etirazlarını bildirən bacıların dediyinə görə, evi su basıb: "Artıq 5-ci usta da gəlib. Amma problem həll olunmayıb. Ev gölməçəni xatırladır. Mənzilin tikilişini düzgün etmədiklərinə görə yağış suları evimizə axır".