İDMAN

Fərid Abbasov: “Finala çıxan şahmatçılarımızdan yüksək nəticələr gözləyirik”

Şahmat üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Fərid Abbasov deyir ki, Dünya çempionatının seçmə yarışları qitələr üzrə keçirilib və ilk 3 yeri qazanmış şahmatçılar finala vəsiqə qazanıblar
Sputnik

“Bu gün start götürən yeniyetmələr arasında dünya çempionatının finalında iki şahmatçımız iştirak edir. Hər iki şahmatçımızdan yüksək nəticələr gözləyirik”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri şahmat üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Fərid Abbasov deyib.

O qeyd edib ki, dünya çempionatının seçmə yarışları noyabrın 27-də başlayıb və turnirdə ümumilikdə 18 idmançımız mübarizə aparıb: “Dünya çempionatının seçmə yarışları qitələr üzrə keçirilib və ilk 3 yeri qazanmış şahmatçılar finala vəsiqə qazanıblar. Azərbaycan şahmatçılarından ən qabaqcıl və potensiallı 18 nəfər 10, 12, 14, 16 və 18 yaş qrupları üzrə Avropa qitəsi üzrə seçmə yarışlarında iştirak etmişdi. Düşünürəm ki, şahmatçılarımızın maksimum nəticə qazanması üçün kifayət qədər potensialları var”.

Fərid Abbasovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz