İDMAN

Ronaldu "Golden Foot" mükafatına layiq görülüb

"Golden Foot" 2003-cü ildən verilir. İlk mükafatçı Roberto Baccio olub, 2019-cu ildə Luka Modriç bu titula sahib çıxıb.
Sputnik

BAKI, 21 dekabr — Sputnik. İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu "Golden Foot" (Qızıl Ayaq) mükafatına layiq görülüb.

Sputnik Azərbaycan xəbər verir ki, 35 yaşlı hücumçunun mükafatı alacağı dekabrın 1-də elan edilsə də, koronavirus pandemiyası səbəbindən təqdimetmə gecikib.

"Golden Foot"u alanlar Monte-Karlodakı Çempionlar Xiyabanında ayaq izlərini buraxırlar. Ronaldu açıqlamasında mükafatı almağın onun üçün şərəf olduğunu söyləyib: "Ayaq izlərimin böyük çempionların ayaq izlərinin yanında olmasına görə xoşbəxtəm. Mənə səs verən hər kəsə təşəkkür edirəm. Hər zaman əlimdən gələni etməyə və qol vurmağa çalışacağam".

Qeyd edək ki, "Golden Foot" 2003-cü ildən verilir. İlk mükafatçı Roberto Baccio olub, 2019-cu ildə Luka Modriç bu titula sahib çıxıb. "Golden Foot" futbolçulara həm komanda şəklində, həm də şəxsi idman uğurlarına görə verilən illik beynəlxalq mükafatdır və ən azı 29 yaşında olan oyunçulara verilir.