Qazaxıstanda "Sputnik-V" peyvəndinin istehsalına başlanıldı

Bu ölkənin Baş naziri koronavirus əleyhinə Rusiya peyvəndinin kütləvi istehsalına başlayan Qaraqandadakı əczaçılıq kompleksinə baş çəkib.
Sputnik

BAKI, 21 dekabr — Sputnik. Qazaxıstanın Baş naziri Əsgər Mamin koronavirus əleyhinə "Sputnik V" rus peyvəndinin istehsalına başlanılan Qaraqandadakı əczaçılıq kompleksinə baş çəkib. Sputnik Azərbaycan-ın "RİA Novosti"-yə istinadla yaydığı xəbərə görə, bu barədə Qazaxıstan Nazirlər Kabinetindən məlumat verilib.

"Qazaxıstan Respublikasının Baş naziri Əsgar Mamin Qazaxıstan Respublikası prezidenti Qasım-Comərt-Tokayev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında imzalanmış razılaşmanın icrası çərçivəsində "Sputnik V" peyvəndinin istehsalına başlanılan Qaraqanda əczaçılıq kompleksini ziyarət edib", – deyə məlumatda bildirilir.