CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtda vəzifəli şəxs qəflətən öldü

Sahib Quliyev 2011-ci ildən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışırdı
Sputnik

BAKI, 20 dekabr - Sputnik. Sumqayıt şəhər İcra Hakimiyyət Başçısının müavini Sahib Quliyev vəfat edib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, S.Quliyev bir müddət öncə koronavirusa yoluxub və müalicə olunaraq sağalmışdı. Ötən gün isə qəflətən ürəktutmasından vəfat edib.

Qeyd edək ki, S.Quliyev 2011-ci ildən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışırdı.