CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnsanlara yoluxmayan koronavirus tapılıb, özü də təbii

"Vektor" mərkəzinin direktoru Rinat Maqsudov deyib ki, insanlara yoluxmasa da, yeni virus əsrin bəlası hesab edilən COVID-19–dan cəmi 1% fərqlidir.
Sputnik

BAKI, 19 dekabr — Sputnik. Yeni növ koronasvirusdan cəmi 1 faiz fərqlənən koronavirus aşkar edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Vektor" mərkəzinin direktoru Rinat Maqsudov bu barədə Nail Əsgər-zadənin "Rossiya -1" telekanalında yayımlanan filmində danışıb.

"Bu yaxınlarda təsdiq edildi ki, insanlara yoluxmayan, lakin təbiətdə dolaşan, yeni növ koronavirusdan 1%-dən çox fərqlənməyən təbii koronaviruslara da rast gəlinir.", - Maqsudov deyib. 

Qeyd edək ki, əsrin bəlasına çevrilən COVID-19–un laboratoriya məhsulu olduğunu, bu səbəbdən də ona qarşı təbii immunitetin yaranmadığını iddia edən elm adamlarının sayı günbəgün artır.