SƏHİYYƏ

Koronavirusa görə təzə qərar: peyvənddən imtina edən cəzalanacaq

Xatırladaq ki, Braziliyada 7 milyondan çox vətəndaş COVID-19-a yoluxub. Belə ki, Braziliya dünyada koronavirus xəstələrinin sayına görə Hindistan və ABŞ-dan sonra üçüncü yerdədir.
Sputnik

BAKI, 18 dekabr — Sputnik. Braziliyanın Ali Məhkəməsi əyalət əhalisini "dolayı yolla koronavirus infeksiyasına qarşı peyvəndləməyə məcbur etməklə" bağlı qərar verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Federal Ali Məhkəmə COVID-19 peyvəndinin müvafiq qanuna tabe olaraq, məcburi ola biləcəyinə dair qərar verib.

Yeni təsdiqlənən koronavirus vaksininin 400 min dozasını məhv etdilər

Belə ki, bu qanun milli və ya yerli səviyyədə tətbiq olunarsa, peyvənd olunmamış insanlar ictimai yerləri ziyarət edə və müəyyən fəaliyyətlərlə məşğul ola bilməyəcəklər.

Bu tədbirin koronavirusdan ölüm səviyyəsini azaldacağı gözlənilir. Eyni zamanda, hakimlər insanları peyvəndləməyə məcbur etməyi Konstitusiyanın pozulması hesab edir və seçimin insanın özündə qalmasının lazım olduğunu vurğulayırlar.

Xatırladaq ki, Braziliyada 7 milyondan çox vətəndaş COVID-19-a yoluxub. Belə ki, Braziliya dünyada koronavirus xəstələrinin sayına görə Hindistan və ABŞ-dan sonra üçüncü yerdədir.