CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək

Qanun layihəsi Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir
Sputnik

BAKI, 11 dekabr — Sputnik. Azərbaycan Respublikasında Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.

Sputnik Azərbaycan xəbər verir ki, Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq. Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.

Qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.