TƏHLİL

Hansı silahlar Azərbaycana Qarabağ müharibəsində kömək etdi?

Zəfər paradının yekununda Bakının üzərindən məhz MiQ-29 qırıcıları və Su-25 hücum təyyarləri, Rusiyada istehsal olunmuş Mi-35 və Mi-17 zərbə və hərbi-nəqliyyat helikopterləri uçdular.
Sputnik

BAKI, 11 dekabr — Sputnik, Aleksandr Xrolenko, hərbi icmalçı. Azərbaycan hərbçiləri Dağlıq Qarabağdakı 44 günlük döyüşlər zamanı daha effektiv olara Belarus və Rusiya istehsalı olan silahdan – artilleriyadan, yaylım atəşli reaktiv sistemlərdən, tanklardan və hətta SSRİ dövrünün zenit-raket komplekslərindən istifadə etdilər.  Türk və İsrail dronları artilleriyaya kömək edirdilər, kəşfiyyat-zərbə mühitinin formaşalşmasına səbəb olurdular, düşmənin döyüş ruhunu sındırmaq üçün çoxlu videomaterial verirdilər, lakin yenə də döyüş əməliyyatlarının uğurunu onlar təmin etmədilər.

Bakıdakı Azadlıq meydanında dekabrın 10-da Dağlıq Qarabağda qələbəyə həsr olunmuş hərbi parad keçirilib. Paradda 150 vahid döyüş texnikası iştirak edib. Tədbirdə Belarus və Rusiya HSK-nın məhsulu üstünlük təşkil edib. Müasir T-90C tanklarının, BMP-3 piyadalrın döyüş maşınlarının, BTR-82A zirehli transportyorlarının, “Solntsepyok” ağır odsaçan sistemlərinin, “Smerç” (Rusiya istehsalı) , “Polonez” (Belarus istehsalı) yaylım atəşli reaktiv sistemlərinin, “Msta-S”, “Akasiya”, “Pion” özüyeriyən artilleriya qurğularının fonunda yaşı çox olan “Osa” və “Şilka” kimi 1970-ci illərdən HƏM qoşunlarına qulluq edən zenit-raket kompleksləri bir qədər birtəhər görünürdülər. Həm də bunlar düzgün “Osa”lar idilər – üzərləeində vurduqları hava hədəflərinin sayını göstərən ulduzlar var idi.

Hansı silahlar Azərbaycana Qarabağ müharibəsində kömək etdi?

Türk istehsalı olan təkərli zirehli maşınlar da nümayiş etdirildi. Lakin Azadlıq meydanında tamaşaçılar “UAZ”, “Ural” və “KamAZ”ları da gördülər. Sonuncuların üzərində “Bayraktar”lar da var idi. Paradın yekununda Bakının üzərindən MiQ-29 qırıcıları və Su-25 hücum təyyarləri, Rusiyada istehsal olunmuş Mi-35 və Mi-17 zərbə və hərbi-nəqliyyat helikopterləri uçdular.

Azərbaycan ordusunun parad arsenalı bir daha silahların istifadəsinin effektivliyi, hərbi mütəxəssislərin hazırlığının keyfiyyəti, qoşunların taktiki və operativ vərdişləri barədə düşünməyə vadar edir. Azərbaycan ordusu silahların keyfiyyətində üstünlüyə malik deyildi, kəmiyyət isə hərbi döyüşlər teatrı ilə obyektiv olaraq məhdudlaşırdı. Yalnız düzənlik ərazidə  yüzlərlə T-90C tankını hücuma yollamaq olar. Dağətəyi zonada manevr üçün məkan məhdudlaşır, müdafiə olunan qoşunların taktiki vərdişləri düşmənin uzaqvuran artilleriyada və kəşfiyyat vasitələrində üstünlüyündən əhəmiyyətlidir.

Effektiv apqreyd

Böyük silah almaq arzusu “dəmirin” taktiki-texniki xarakteristikasından az əhəmiyyət kəsb etmir. Məlumdur ki, LORA operativ-taktiki raket kompleksini (Rusiyanın Toçka”sının İsrail analoqu) Azərbaycan tərəfi bir dəfə istifadə edib – Həkəri çayının üzərindəki körpü istiqamətində. Lakin Azərbaycan ordusunun “Osa” qurğularının üzərində vurulan hədəflərin sayını göstərən ulduzlar çoxdur (20-dən çox). Konkret əməliyyatda modern və ucuz “Osa”lar “Lora”dan çox effektiv olublar. Sonuncuların qiyməti 100 milyon dollardır və hər bir raketi 1,5 milyondur.

Nümunə təsadüfi deyil, çünki erməni tərəfinin “Osa”ları döyüş şəraitində özlərini yaxşı tərəfdən göstərmədilər – “Bayraktar”lar onları asanlıqla aşkar edərək məhv ediblər. Bakının məlumatına görə, 40 “Osa” ZRK, 5 “Tor”, 4 “Kub”, 14 “Zastava” məhv edilib.

Bu günü 30 il gözləmişik: Zəfər paradının ən maraqlı məqamları – video

HƏM bölmələrinin qabiliyyətlərinə toxunmayaq, lakin qeyd edək ki, Azərbaycan “Osa” ları daha əvvəl Belarusun “Tetraedr” müəssisəsinin köməyilə modernləşdiriliblər və tamamilə yeni keyfiyyətlər əldə ediblər. Belarus mütəxəssisləri elektronikanı təkmilləşdiriblər, ZRK-nı daha “iti gözlü” və uzaqvuran ediblər - T382 raketləri 20 km-dək məsafədə, 10 min metrədək hündürlükdə (“Bayraktar”ın maksimumu 8200 metrdir) hədəfləri vururlar. Belaruslar ermənilərə də analoji apqreydi təklif ediblər, lakin Yerevanda qəaət etmək qərarına gəliblər.

Qarabağ müharibəsində Azərbaycan və Ermənistanın texnoloji nisbətini anlamaq üçün xatırladıram: Ermənistan dünyada ilk dəfə 4 “İsgəndər-E” Rusiya raket komplekslərini idxal edib (25 raketdən ibarət komplektlə), 12 unikal Su-30SM qırıcısını, ağır odsaçan TOS-1A “Slntsepyok” yaylım atəşi sistemini, “Smerç” yaylım atəşi reaktiv sistemini, 9M113M tank əleyhinə idarəolunan raketi alıb. Yerevan Rusiya silahını güzəştli Rusiyadaxili qiymətlə, 300 mln dollarlıq RF dövlət krediti ilə komplektdə alır. Kənardan erməni arsenalı qısamüddətli hərbi münaqişədə acınacaqlı məğlubiyyətdən xəbər vermirdi.

Türk amili

Yerevan üçün “Sarsılmaz qardaşlıq” birgə Azərbaycan-Türkiyə təlimləri sirr deyildi. Bu təlimlər mütəmadi olaraq Azərbaycan ərazisində - Naxçıvanda, Gəncədə, Kürdəmirdə, Yevlaxda və Dağlıq Qarabağın yaxınlığındakı digər yerlərdə keçirilirdi. Buna görə də hazır olmaq, sistemli cavab hazırlamaq lazım idi.

Hansı silahlar Azərbaycana Qarabağ müharibəsində kömək etdi?

Qeyd edək ki, Rusiya Azərbaycanı çox silahlandırmayıb. Rusiya bir neçə il ərzində açıq şəkildə Azərbaycana (bir çox MDB ölkələrinə) 100 T-90C tankı, 118 PDM-3, 230 ZTR-82, 18 özüyeriyən “Msta-S” haubitsası, 18 120 mm-lik “Vena” özüyeriyən silahı, 18 ”Smerç” döyüş maşını və 24 TOS-1A “Solntsepyok” döyüş maşını tədarük edib. Belaruslu tərəfdaşlar isə Bakıya “Polonez” satıblar.

Lakin yenə də düşmən üzərində qələbə müharibədən çox əvvəl metalda və baş qərargahın planlarında hazırlanır. Sentyabrın 27-də Qarabağ üzərində İsrail və türk dronları peyda olanda, artilleriya işə düşəndə, bu variant çoxillik münaqişənin davamının ehtimallarından biri idi. Erməni tərəfi 25 ildən artıq bir vaxtda buna hazırlaşmalı idi. Sonrakı döyüş əməliyyatları göstərdi ki, Azərbaycan sırf texnoloji baxımdan əməliyyata erməni tərəfindən yaxşı hazırlaşıb. Azərbaycan hərbçiləri inadla düşmənin müdafiəsində zəif yerlər axtarıblar və tapıblar. Dronlar ilk növbədə psixoloji təzyiq edirdilər. Logistika, arxa cəbhə və bütün hərbi təşkilatçılıq erməni tərəfində çox pis tərəfdən özünü göstərdi.