2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.
İdman şərhçisi Sənan ŞəfizadəSputnik Azərbaycan-a deyir ki, futbol üzrə Azərbaycan milli komandasından dünya çempionatında uğur gözləmək çətin məsələdir:
“Komandamız qrup mərhələsində özündən güclü dörd rəqiblə oynayacaq. Millimizin baş məşqçisi Canni De Byazi öz işini göstərə bilməyib və üç-dörd aya da möcüzə edəcəyinə inanmıram. Bu mərhələdə yığma komandamızın sadəcə xal qazanmağını proqnozlaşdırmaq olar. Milli komandamızda səviyyəli futbolçu qıtlığı var”.
Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz